Hikmət Hacıyev: Ölkəmiz yalnız Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra tam müstəqil oldu

Tokio, 10 iyul , /AJMEDIA/

Tarixçilər öz araşdırmalarında diqqət etməlidirlər ki, biz bəzən ermənilərin Azərbaycana qarşı ərazi iddiaları kontekstində yalnız Qarabağ mövzusuna baxırıq. Amma sənədlərə baxdıqda tam aydın olur ki, təkcə Qarabağ yox, Naxçıvan Muxtar Respublikasının da Ermənistana birləşdirilməsi, həmin zonanın Şərqi Ermənistan kimi təsvir edilməsi prosesi var idi. Ulu Öndər Heydər Əliyevin Naxçıvana gəlməsi ilə onların bu istəyi də baş tutmadı. Ulu Öndər Naxçıvanı Qarabağın aqibətini yaşamaqdan xilas etdi.
AJMEDIA xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev iyulun 10-da ADA Universitetində keçirilən “Ümummilli Lider Heydər Əliyev və Azərbaycanın xarici siyasəti” adlı konfransda çıxışı zamanı söyləyib.
Prezidentin köməkçisi bildirib ki, 1987-1990-cı illərdə Ulu Öndərə qarşı repressiyalar dövrü idi. Həmin dövrü təhlil etdikdə məlum olur ki, nəinki Ümummilli Lider Heydər Əliyevi siyasi məkandan silmək, hətta onun fiziki cəhətdən məhv edilməsi istiqamətində məqsədli siyasət həyata aparılırdı.
“1993-cü ilə qədər Azərbaycanı tam şəkildə müstəqil hesab etmək olmazdı. Yalnız 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkəmiz tam müstəqil oldu”, – deyə Hikmət Hacıyev vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts