Tokio, 6 iyun , /AJMEDIA/
AJMEDIA xəbər verir ki, oktyabrın 25-də Heydər Əliyev Sarayında “Əbədiyaşarlar” layihəsi çərçivəsində dünyaşöhrətli müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin anadan olmasının 80 illiyinə həsr olunmuş gecə keçiriləcək.
Gecədə Müslüm Maqomayevin unudulmaz nəğmələrini dünyanın tanınmış incəsənət nümayəndələri ifa edəcəklər.
Konsertə biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.