Heydər Əliyev göstərdi ki, xalqlar arasında uğurlu əməkdaşlıq necə olmalıdır – Gürcüstanın sabiq prezidenti

Tokio, 11 aprel , /AJMEDIA/

Heydər Əliyevin 100 illiyini Azərbaycanla birlikdə qeyd edən gürcülər ona Azərbaycan, Gürcüstan və bütün Cənubi Qafqaz üçün etdiklərinə görə minnətdardırlar.

Bu barədə çərşənbə axşamı AJMEDIA-ya Gürcüstanın sabiq prezidenti, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin (NGBM) üzvü Georgi Marqvelaşvili Trend BİA və NGBM-in birgə layihəsi olan “Heydər Əliyev İrsi” adlı layihəsi çərçivəsində deyib.

“Heydər Əliyevin, həmçinin Gürcüstanın o vaxtkı prezidenti Eduard Şevardnadzenin təqribən 30 il öncə göstərdikləri nümunəyə, xalqlarımız arasında əməkdaşlıq və bir-birinin maraqlarına hörmət nümunəsinə görə bu gün həqiqətən minnətdarıq”, – o deyib.

Sabiq prezident Gürcüstanın Heydər Əliyev kimi böyük liderin nümunəsinə uğurla əməl etdiyini qeyd edib.

“Biz Qafqaz xalqlarına, Türkiyəyə, həmçinin Cənubi Avropadakı tərəfdaşlarımıza perspektiv bəxş etmiş Heydər Əliyevin 100 illiyini Azərbaycan xalqı ilə birlikdə qeyd edirik. Hansı ki bu regionların siyasi gələcəyi müəyyən aspektlərdə həmin illərdə Heydər Əliyev, Eduard Şevardnadze və Süleyman Dəmirəl tərəfindən hazırlanmış konsepsiyalarla əlaqəlidir”, – deyə o əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts