Tokio, 10 yanvar , /AJMEDIA/
“Heydər Əliyev İli” çərçivəsində AMEA-nın Yer Elmləri Bölməsində yerli və beynəlxalq əhəmiyyətli forum, dəyirmi masa və seminarların, “Heydər Əliyev və neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq konfransın keçirilməsi nəzərdə tutulub. Həmçinin Ümummilli Liderin 100 illik yubileyi ilə bağlı doktorantların və gənc tədqiqatçıların respublika elmi konfransının keçirilməsi planlaşdırılıb.
AMEA-dan AJMEDIA-ya bildirilib ki, bunu Yer Elmləri Bölməsinin növbəti iclasında bölmənin Elmi şurasının sədr müavini akademik Fəxrəddin Qədirov söyləyib. F.Qədirov, eyni zamanda, ölkə Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının icrası üzrə Elm və Təhsil Nazirliyinin 2023-cü il üçün Tədbirlər Planında aidiyyəti bəndlərin icrasının diqqət mərkəzində olacağını qeyd edib.