HƏMAS və İsrail üçgünlük atəşkəs barədə razılığa gəliblər

Tokio, 17 noyabr , /AJMEDIA/

Fələstinin HƏMAS hərəkatı və İsrail hakimiyyəti Qəzza sektorunda üçgünlük atəşkəs barədə razılığa gəliblər.

AJMEDIA Al Arabiya telekanalına istinadla xəbər verir ki, münaqişə tərəfləri arasında əldə olunan razılaşmaya əsasən İsrail Fələstin eksklavına BMT-nin nəzarəti altında məhdud həcmdə yanacaq tədarükünə imkan verəcək.

Həmçinin HƏMAS hərəkatı ilə İsrail Qəzzada saxlanılan 50 girovun yəhudi dövlətinin həbsxanalarında saxlanılan 50 fələstinli qadın və uşaqla dəyişdirilməsi barədə razılıq əldə edib.

Razılaşmanın qüvvəyə minəcəyi tarix barədə məlumat verilmir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts