Tokio, 10 oktyabr , /AJMEDIA/
HƏMAS-ın hücumu nəticəsində İsraildə dörd Rusiya vətəndaşı həlak olub.
AJMEDIA xəbər verir ki, bu barədə Rusiyanın Təl-Əvivdəki səfirliyi məlumat yayıb.
Bildirilir ki, oktyabrın 10-da saat 17-yə olan məlumata görə, həm Rusiya, həm də İsrail vətəndaşlığı olan dörd nəfərin həlak olduğu təsdiqlənib. Bundan əlavə, altı Rusiya vətəndaşı itkin düşmüş sayılır.