Tokio, 14 yanvar , /AJMEDIA/
Hava şəraiti ilə əlaqədar Abşeron Rayon Polis İdarəsinin əməkdaşları da axşamdan başlayaraq gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, Novxanı-Saray, Novxanı-Binəqədi və digər qəsəbələri birləşdirən yollarda hərəkət iştirakçılarının təhlükəsizliyi məqsədilə polis əməkdaşları xidmətə cəlb olunublar. Köməyə ehtiyacı olan sürücü və vətəndaşa polislər tərəfindən köməklik edilərək onların təhlükəsiz mənzilbaşına çatmaları təmin edilib. Küçə və prospektlərə yol patrul xidməti avtomobillərinin müşayiəti ilə qum, duz səpilib.