Harvard universitetində Azərbaycanda strateji yol xəritələrinin icrasından danışılıb

Tokio, 2 mart , /AJMEDIA/

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru, professor Vüsal Qasımlı Harvard Universiteti Kennedi İdarəçilik Məktəbində qonaq alim kimi mühazirə deyib.

AJMEDIA xəbər verir ki, “İqtisadi şaxələndirmə” adlanan mühazirədə Vüsal Qasımlı strateji planlaşdırma və çevik idarəetmə əsasında iqtisadi siyasətin formalaşmasını izah edib.

“İqtisadi şaxələndirmə zamanı daxili resurs dəyəri əsasında rəqabət qabiliyyətli sahələrin müəyyənləşdirilməsi, həmçinin buraxılış, gəlir və məşğulluq multiplikatorları əsasında iqtisadiyyatın strukturunun optimallaşdırılması həyata keçirilməlidir. İqtisadi şaxələndirmə səmərəlilik və davamlı inkişaf, o cümlədən, fiskal dayanıqlıq üçün fundament rolunu oynayır”,-deyə Vüsal Qasımlı fikirlərini bölüşüb.

V.Qasımlı mühazirə zamanı Azərbaycanda strateji yol xəritələrinin qəbulu, icrası, monitorinq, qiymətləndirmə və kommunikasiyası sahəsində təcrübəni bölüşüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts