Harri Potterdən bəhs edən kitabın ilk nəşri rekord məbləğə satılıb

Tokio, 11 iyul , /AJMEDIA/

1997-ci ildə 36 sentə alınan Coan K.Roulinqin “Harri Potter və fəlsəfə daşı” kitabının ilk nəşri hərracda rekord məbləğə satılıb.
AJMEDIA TASS-a istinadla xəbər verir ki, kitab İngiltərədə 10,5 min funt-sterlinqə (13,5 min dollar) alınıb. Bu barədə “Richard Winterton Auctioneers” hərrac evi məlumat yayıb.
Ekspertlər Harri Potterdən bəhs edən bu kitabın 1997-ci ildə çap olunmuş 500 nüsxədən biri olduğunu təsdiqləyiblər. Bunlardan 300-ü İngiltərədəki kitabxanalara göndərilib və yalnız 200 ədədi satışa çıxarılıb.
Qeyd edək ki, 2017-ci ildə Coan K.Roulinq tərəfindən imzalanmış Harri Potter haqqında kitabın ilk nəşrlərindən biri Londonda “Bonhams” hərrac evində 106 min funt-sterlinqə (140 min dollar) satılıb. Roulinqin bu əsəri əsasında ondan çox film çəkilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts