Hakan Fidan: Türkiyə Suriyada demokratik, sivil hökumətin qurulmasının tərəfdarıdır

Tokio, 16 dekabr, /AJMEDIA/

Türkiyə Suriyada demokratik, sivil hökumətin qurulmasını istəyir.

AJMEDIA xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində deyib.

“Biz Suriyada demokratik, sivil hökumətin qurulmasına çalışırıq. Suriyadakı yeni hökumətin Bəşər Əsədin hərəkətlərini təkrarlamasını istəmirik”, – deyə Hakan Fidan vurğulayıb.

Onun sözlərinə görə, Ankara yeni hakimiyyətə kömək edəcək: “Türkiyə Suriyada İranı əvəz etmək fikrində deyil. Tehranın yeni vəziyyətdən xəbərdar olduğunu nəzərə alsaq, Suriyanın mübahisələr meydanına çevriləcəyini düşünmürəm”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts