Hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların xatirəsi anılıb

Tokio, 30 noyabr , /AJMEDIA/

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopterinin ötən il “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların xatirəsi anılıb.
AJMEDIA xəbər verir ki, bu münasibətlə noyabrın 30-da həlak olan hərbi qulluqçuların II Fəxri xiyabanda məzarları ziyarət edilib, məzarları önünə gül dəstələri düzülüb, əklillər qoyulub, ruhlarına dualar oxunub.
Anım mərasimində DSX-nın əməkdaşları ilə yanaşı, Milli Məclisin deputatları, rayon icra hakimiyyətlərinin nümayəndələri, həlak olanların doğmaları, məktəblilər, qazilər iştirak ediblər.
Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci il noyabrın 30-u saat 10:40-da hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən “Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində 14 hərbi qulluqçu həlak olub, iki nəfər isə yaralanıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts