Həmyerlimiz Türkiyədə mükafatlandırılıb

Tokio, 15 iyun , /AJMEDIA/

Həmyerlimiz Səidə Ömər Türk dünyasına etdiyi xidmətlərə görə Türkiyədə mükafata layiq görülüb.
AJMEDIA xəbər verir ki, İstanbulun Bayrampaşa rayonunda Türk Dünyası Platformasının təşkilatçılığı ilə “Türk Dünyası Birlik” musiqi bayramı keçirilib.
Müxtəlif türkdilli ölkələrin nümayəndələrinin iştirak etdiyi tədbirdə ölkəmizi həmyerlimiz Səidə Ömər “Sarı gəlin” rəqs kompozisiyası ilə təmsil edib.
Türk dünyasının məşhur ozanlarının da iştirak etdiyi proqramda həmyerlimizin rəqsi ən çox bəyənilən sənət nümunələrindən biri olub.
Tədbir əsnasında Səidə Ömərə “Türk dünyasına xidmət” plaketi təqdim edilib.
Qeyd edək ki, 2018-2021-ci illərdə Türkiyənin “Bengü Türk” televiziya kanalında ekrana çıxan “Azərbaycan Rüzgarı” proqramının müəllifi və aparıcısı olan Səidə Ömər, eyni zamanda, qardaş ölkənin Türk dünyasını əhatə edən bir sıra mədəni tədbirlərində yaxından iştirak edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts