Həcc ziyarəti üçün 1,5 milyondan çox insan Məkkəyə gedib

Tokio, 12 iyun , /AJMEDIA/

Zəvvarlar Həcc ziyarətinin başlaması ərəfəsində Səudiyyə Ərəbistanının müqəddəs Məkkə şəhərinə axışıblar.

AJMEDIA “Saudi Gazzeta” qəzetinə istinadla xəbər verir ki, ölkənin Baş Pasport İdarəsi Həcc ziyarəti üçün 1 milyon 547 min 295 zəvvarın gəldiyini açıqlayıb. Bu rəqəm hava, quru və dəniz limanları vasitəsilə Krallığa daxil olan bütün zəvvarları əhatə edir.

Səudiyyə rəsmiləri zəvvarların sayının artacağını və 2023-cü ildən çox olacağını gözlədiklərini bildiriblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts