Həmrəylik Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakıda hazırlıq tədbirləri davam edir

Tokio, 18 dekabr , /AJMEDIA/

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il şənliklərinin keçirilməsi ilə əlaqədar Bakı şəhər və paytaxt rayonları icra hakimiyyətləri tərəfindən müvafiq hazırlıq tədbirləri həyata keçirilir.

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətindən AJMEDIA-ya bildiriblər ki, artıq şəhərin parklarının, meydan və küçələrinin bəzədilməsi, burada yeni il atributlarının, işıqlı çilçıraqlar və digər bəzəklər quraşdırılması işləri həyata keçirilib.

Dövlətimizin başçısının uğurlu siyasəti nəticəsində ölkəmiz sürətlə inkişaf edir və bu gün xalqımızın əhvali-ruhiyyəsi çox yüksəkdir. Buna uyğun olaraq da Bakıda 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xüsusi hazırlıq və tərtibat işləri həyata keçirilir. Ənənəvi olaraq bayram tərtibatı işləri görülən Neftçilər prospekti, Yusif Səfərov, Niyazi, İstiqlaliyyət küçələri və Azərbaycan prospekti də bəzədilib. “Azneft” dairəsində isə xüsusi və fərqli tərtibatla 20 metr hündürlüyündə yeni il şam ağacı kompleksi yaradılıb. Bu işlər, həmçinin ictimai iaşə obyektlərini də əhatə edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts