Həftəsonu qatarlarla 19 mindən çox sərnişin daşınıb

Tokio, 16 yanvar , /AJMEDIA/

Azərbaycan Dəmir Yolları (ADY) həftəsonu 19 mindən çox sərnişin daşıyıb.

ADY-dən AJMEDIA-ya bildirilib ki, qarlı hava şəraitində 16778 sərnişin Abşeron dairəvi, 1679 sərnişin Bakı-Ağstafa-Bakı, 564 sərnişin Bakı-Qəbələ-Bakı marşrutu üzrə səfər edib.

Bundan başqa, 13-14 yanvar tarixlərində ADY-nin 24/7 fəaliyyət göstərən Əlaqə Mərkəzi tərəfindən 1706 müraciət cavablandırılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts