Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq

Tokio, 9 iyun , /AJMEDIA/

Gürcüstanla Azərbaycan arasında yeni gömrük-keçid məntəqəsi açılacaq.

AJMEDIA xəbər verir ki, bu barədə Gürcüstanın Baş nazir İrakli Kobaxidzenin parlamentə təqdim etdiyi illik hesabatında məlumat verilir.

Sənədə əsasən, artıq tərəflər arasında müqavilə layihəsi razılaşdırılıb, memarlıq layihəsi hazırlanır.

“Gürcüstan və Azərbaycan arasında yeni birgə gömrük-keçid məntəqəsi ölkələrin tranzit və logistika imkanlarının inkişafına töhfə verəcək, regionun nəqliyyat və ticarət əlaqələrini daha da gücləndirəcək”, – deyə məlumatda bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts