Gürcüstanın baş prokuroru istefa verib

Tokio, 23 may , /AJMEDIA/

Gürcüstanın baş prokuroru İrakli Şotadze vəzifəsindən istefa verib.

AJMEDIA xəbər verir ki, İ.Şotadze bununla bağlı rəsmi sosial şəbəkə səhifəsində yazıb. O bildirib ki, istefa verməsi səhhətində yaranmış problemlə əlaqədardır. İrakli Şotadze həkimlərin tövsiyələrini nəzərə alaraq bu qərarı qəbul edib.

Qeyd edək ki, İ.Şotadze 2020-ci ilin fevral ayında bu vəzifəyə seçilmişdi.

Gürcüstanın “Prokurorluq haqqında” Qanununa əsasən ölkənin baş prokuroru vəzifəsindən vaxtından tez gedərsə Prokurorlar Şurası baş prokuror vəzifəsinə bir ay müddətində biri başqa cinsin nümayəndəsi olmaqla üç nəfərin namizədliyini irəli sürməlidir.

Namizəd parlamentdə 6 il müddətinə seçilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts