Gürcüstanın Bakıdakı səfirliyinin yeni binası üçün ayrılmış torpaq sahəsinə baxış keçirilib

Tokio, 17 yanvar, /AJMEDIA/

Yanvarın 17-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov və Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın ölkəmizdəki səfirliyinin yeni binasının tikintisi üçün Bakı şəhərində ayrılmış torpaq sahəsinə baxış keçiriblər.

Nazirlər Kabinetindən AJMEDIA-ya bildirilib ki, torpaq sahəsi Azərbaycan Respublikası Prezidentinin göstərişinə uyğun olaraq Nazirlər Kabinetinin 2023-cü il tarixli Sərəncamı ilə ayrılıb.

Torpaq sahəsi Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti ilə Bəşir Səfəroğlu küçəsinin kəsişməsində yerləşir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts