Tokio, 19 mart, /AJMEDIA/
Gürcüstanda yeniyetmə və gənclər arasında güləş üzrə Tbilisi çempionatı keçirilib.
AJMEDIA xəbər verir ki, çempionatda Gürcüstanda yaşayan soydaşlarımız da iştirak ediblər.
10-12 yaşlı yeniyetmələr arasında mübarizə aparan soydaşımız Qulam Novruzov (41 kiloqram) yarışı ikinci pillədə başa vurub və gümüş medal qazanıb.
Q.Novruzov AJMEDIA-ya deyib ki, idmana lap kiçik yaşlarından maraq göstərsə də, mötəbər yarışlarda ilk dəfə iştirak edir. “İlk turnirdə gümüş medal qazanmağıma çox sevinirəm. Aprelin 17-də Gürcüstan çempionatı keçiriləcək. Məqsədim bu çempionatda daha yaxşı çıxış edərək, birinci yerə çıxmaq və bayrağımızı dalğalandırmaqdır. Bunun üçün ciddi çalışacağam”.
İdmançının sözlərinə görə, arzusu təyyarəçi-kosmonavt olmaqdır: “Bunun üçün dərslərimə ciddi yanaşıram. Amma idmanda uğur qazanmaq da mənim üçün əsas məqsədlərdən biridir.