Gürcüstanda Milad bayramı “Alilo” yürüşü ilə qeyd olunub

Tokio, 7 yanvar , /AJMEDIA/

Gürcüstanda İsa Peyğəmbərin mövlud günü – Milad bayramı “Alilo” yürüşü ilə qeyd olunub.
AJMEDIA xəbər verir ki, yanvarın 6-da gecə saat 23:00-dan başlayaraq pravoslav məbədlərində Baş nazir, parlamentin sədri, Tbilisinin meri və digər rəsmi şəxslər Milad liturgiyasında iştirak ediblər. İbadət və dua mərasimini Gürcüstan Katolikos-Patriarxı İkinci İliya icra edib.
Yanvarın 7-də saat 14:00-da Tbilisidəki Respublika meydanından ənənəvi “Alilo” yürüşü başlayıb. Rustaveli prospektində, parlamentin və Tbilisi meriyasının binası önündə dövlət və hökumət üzvləri, deputatlar yürüş iştirakçılarını salamlayıb, hədiyyələr təqdim ediblər.
Rustaveli prospektində, Azadlıq meydanında, Barataşvili körpüsünün üstündə, küçələrdə uzun yol keçən yürüş iştirakçılarına yerli əhali və şəhərin qonaqları da hədiyyələr, şirniyyatlar veriblər.
Toplanılan yardımlar kimsəsiz, tənha və köməyə ehtiyacı olan insanlara paylanılacaq.
Gürcüstanın Katolikos-Patriarxı Müqəddəs Troitsa kilsəsində iştirakçıları salamlayıb, onlara xeyir-dua verib. İştirakçılar Patriarx II İliyaya şirniyyat təqdim ediblər.
Bununla da Gürcüstanda Pravoslav xristianların bayram tədbirləri başa çatıb.
Qeyd edək ki, “Alilo” bayramı Gürcüstanda XIV əsrdən qeyd olunur. Lakin bir müddət bu bayramın qeyd edilməsi qadağan olunmuşdu. Gürcü xalqı 2000-ci ildən yenidən bu bayramı təntənə ilə qeyd edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts