Gürcüstanda meymunçiçəyi virusuna qarşı PCR testi tətbiq olunacaq

Tokio, 31 may , /AJMEDIA/

Gürcüstan meymunçiçəyi virusuna qarşı mübarizə tədbirləri çərçivəsində daha bir vasitə tətbiq edəcək. Belə ki, ölkə rəhbərliyi insanların meymunçiçəyinə yoluxduğunu daha tez aşkarlamaq üçün PCR testi alacaq. Bu test üsulu ilə insanın virusa yoluxması 2 saata müəyyən olunacaq.
AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə Gürcüstanın Xəstəliklərə Nəzarət Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.
Onun sözlərinə görə, PCR testləri Gürcüstana gələn həftə gətiriləcək.
Mərkəz rəhbəri bildirib ki, laboratoriyada meymunçiçəyi virusuna yoluxma diaqnozu hələ də genom ardıcıllığı ilə aparılır və bu bir neçə gün çəkir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts