Gürcüstanda 5,4 bal gücündə zəlzələ baş verib

Tokio, 4 iyun , /AJMEDIA/

Gürcüstanın şimalındakı Raça bölgəsindəki Oni şəhəri yaxınlığında 5,4 bal gücündə zəlzələ baş verib.

AJMEDIA xəbər verir ki, bu barədə Gürcüstan Milli Seysmik Monitorinq Mərkəzindən bildirilib.

Zəlzələnin episentri Kvemo Svaneti diyarının İri kəndi yaxınlığında olub. Ocaq Yerin 10 kilometr dərinliyində yerləşib. Yeraltı təkanlar yerli vaxtla saat 02:03-də qeydə alınıb.

Zəlzələ paytaxt Tbilisidə də hiss olunub.

Tələfat və dağınt barədə məlumat verilmir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts