Gürcüstan mediası Prezident İlham Əliyevin nəqliyyat məsələləri ilə bağlı müşavirədəki çıxışından yazıb

Tokio, 30 yanvar, /AJMEDIA/

Azərbaycan Prezidenti İlham Əliyevin yanvarın 28-də Bakıda nəqliyyat məsələlərinə həsr olunmuş müşavirədə söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.

AJMEDIA xəbər verir ki, geniş oxucu kütləsinə malik “sputnik-georgia.ru”, “imedinews.ge”, “realnews.ge”, “aktual.ge”, “qafqazturk.com”, “24news.ge” portalları, “1tv.ge”, “imedi TV” televiziya kanalları dövlətimizin başçısının çıxışından materiallar yayıblar.

Materiallarda Bakı-Tbilisi-Qars layihəsinin icrası zamanı ölkəmizin qarşılaşdığı böyük müqavimətlər, Gürcüstana qarşı olan təzyiqlər, eləcə də Zəngəzur dəhlizi, Ermənistan ilə sülh müqaviləsinin taleyi barədə Prezident İlham Əliyevin fikirləri əksini tapıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts