Tokio, 23 mart , /AJMEDIA/
Gürcüstan koronavirus xəstələrinin müalicəsi üçün hazırlanmış “pakslovid” dərman preparatının ilk partiyasını alıb.
AJMEDIA xəbər verir ki, bu barədə AZƏRTAC-a Gürcüstan Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, koronavirusa qarşı ən effektiv müalicə vasitələrindən biri hesab olunan bu dərman COVID-19-a yoluxmuş Gürcüstan vətəndaşlarına pulsuz təqdim ediləcək.
Nazirlik dərman preparatını qəbul edəcək pasiyentlərin kateqoriyasını da hazırlayıb.
Pasiyent həkimin təyinatına uyğun olaraq dərmanı evdə qəbul edəcək və müalicə 5 gün çəkəcək.