Gülnarə Xəlilovanın “Qarabağ Azərbaycandır!” kolleksiyası Stokholm Beynəlxalq Moda Sərgisində təqdim olunacaq

Tokio, 4 sentyabr, /AJMEDIA/

Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilovanın “Qarabağ Azərbaycandır!” kolleksiyası bu gün başlayacaq və iki gün davam edəcək dördüncü Stokholm Beynəlxalq Moda Sərgisində (Stockholm International Fashion Fair) təqdim olunacaq.

AJMEDIA xəbər verir ki, layihə çərçivəsində İsveç Milli Muzeyində və Volvo Studio Stockholmda ABŞ, İsveç, Serbiya, İspaniya, İtaliya, Tunis, BƏƏ, Mərakeş, Qazaxıstan, Küveyt, Argentina, Bruney, Kamboca, İndoneziya, Malayziya, Myanma, Laos, Filippin, Sinqapur, Tayland, Çin, Vyetnam və digər ölkələrin dizaynerlərinin kolleksiyaları təqdim olunacaq.

Şoular podiumda və onlayn formatda (hibrid və rəqəmsal) baş tutacaq. STOIFF 2021-in əsas məqsədi dünya xalqlarının mədəniyyətini, milli irsini və ənənələrini təbliğ etməkdir. Layihə İn-Ter-Art rəhbəri İmane Belmkaddem tərəfindən təşkil edilib.

“Qarabağ Azərbaycandır!” kolleksiyası Azərbaycanın Vətən müharibəsindəki qələbəsini təcəssüm etdirir və hər bir obraz azad edilmiş şəhərlərimizə həsr olunub. Kolleksiya onlayn təqdim olunacaq.

Xatırladırıq ki, bundan əvvəl Gülnarə Xəlilovanın kolleksiyaları “Moda Həftələri”ndə və beynəlxalq tədbirlərdə Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, ABŞ, Bolqarıstan və digər ölkələrdə uğurla təqdim olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts