Tokio, 24 yanvar , /AJMEDIA/
20 yaşadək sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından (AGF) AJMEDIA-ya verilən məlumata görə, çempionat yanvarın 29-dan fevralın 1-dək təşkil olunacaq. Gənclər və İdman Nazirliyi ilə birgə keçiriləcək yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək. Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.
İyirmi yaşadək gənclərdən ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da start götürəcək.