Tokio, 3 avqust , /AJMEDIA/
Yaponiyanın şimal-şərq hissəsinə yağan güclü yağışlar Tohoku regionunda sürətli “Shinkansen” qatarlarının hərəkətində fasilələr yaradıb.
AJMEDIA xəbər verir ki, bu barədə “Şərqi Yaponiya Dəmiryolu Şirkəti” avqustun 3-də məlumat yayıb. Bildirilir ki, yerli vaxtla səhər saat 9:00-da “Akita” və “Morioka” stansiyaları arasında yüksək sürətli qatarların hər iki istiqamətdə hərəkəti dayandırılıb.
Şirkətdən həmçinin deyilib ki, “Morioka” stansiyası istiqamətində hərəkətin yerli vaxtla saat 14:00-da, “Akita” stansiyası istiqamətində isə saat 15:00-da bərpa olunacağı gözlənilir.
Məlumatda, eyni zamanda, “Yamaqata” və “Shinco” stansiyaları arasında da sürətli qatarların hərəkətinin günün ikinci yarısından axşam saat 18:00-dək dayandırıla biləcəyi qeyd edilir.