Tokio, 8 dekabr , /AJMEDIA/
Rusiyanın paytaxtı Moskva şəhərində təşkil edilən güc idman növləri üzrə dünya çempionatında Azərbaycan yığması birinci yerə çıxıb.
AJMEDIA xəbər verir ki, 8 ölkə arasında keçirilən və ümumilikdə 400 idmançının iştirak etdiyi çempionatda ölkəmizi dörd idmançı təmsil edib.
Tural Orucov (100 kiloqram) üç fərqli növ (WPC/AWPC/WPSO versiyaları) üzrə 2 qızıl və 1 bürünc medal qazanıb. Camal Əhmədzadə (110 kiloqram) kəmər və qızıl medala yiyələnib. İştirakçılardan Sadiq Musayev isə 82 kiloqram çəki dərəcəsində iki fərqli növ üzrə birinci və üçüncü yerlərə layiq görülüb.
Qeyd edək ki, dünya və Avropa çempionu Tural Orucov 2023-cü ildə Heydər Əliyevin 100 illiyinə həsr olunmuş respublika çempionatının da qalibi olub