Göyçayda gənc rəssamların sərgisi açılıb

Tokio, 9 iyul , /AJMEDIA/

İyulun 8-də Göyçay şəhərindəki Rəsul Rzanın ev- muzeyində gənc rəssamlar Rahim İbrahimov və Yunis Həmidovun əsərlərindən ibarət “Duyğuların rəngi” adlı rəsm sərgisi açılıb.
AJMEDIA xəbər verir ki, tədbirdə sərgi ilə bağlı ətraflı məlumat verilib və gənc fırça ustalarına gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
Gənc rəssamlar yaradılmış şəraitə görə muzeyin direktoru Solmaz Həsənovaya minnətdarlıqlarını bildirərək, nümayiş edilən sənət əsərləri ilə bağlı fikirlərini bölüşüblər.
Sonra qonaqlar gənc rəssamların əl işlərindən ibarət sərgi ilə tanış olublar.
Qeyd edək ki, sərgi iyulun 15-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts