Gela Vasadze: Gürcüstan artıq Azərbaycan ilə Ermənistan arasında vasitəçilik missiyasını yerinə yetirir

Tokio, 4 noyabr , /AJMEDIA/

Gürcüstan artıq Azərbaycan ilə Ermənistan arasında vasitəçilik missiyasını yerinə yetirir.

AJMEDIA xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Bakıda “Gürcüstanın regional münasibətlərdə vasitəçilik rolu” mövzusunda keçirilən dəyirmi masada iştirak edən gürcüstanlı politoloq Gela Vasadze bildirib.

Ekspert hesab edir ki, vasitəçilər daha fəal olmalı, öz variantlarını təklif etməlidir. O əlavə edib ki, tərəflər arasında (Azərbaycan və Ermənistan-red.) etimadsızlıq mövcuddur.

Gürcü politoloqun sözlərinə görə, Tbilisi Azərbaycan və Ermənistan nümayəndələri, habelə rəsmi şəxslərin görüş məkanı kimi tamamilə münasib variantdır və bu məsələ üzərində iş aparmaq lazımdır.

“Sülh sazişinin harada bağlanacağı mühüm deyil, başlıcası odur ki, bu sənəd imzalansın”, -deyə gürcü ekspert vurğulayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts