G7 ölkələri süni intellektdən məsuliyyətli istifadəyə dair razılığa gəliblər

Tokio, 30 aprel , /AJMEDIA/

“Böyük Yeddilik” (G7) ölkələri süni intellektin tətbiqlərinin artması fonunda bu cür texnologiyalardan məsuliyyətli istifadə üçün beş prinsip üzərində razılığa gəliblər.
AJMEDIA xəbər verir ki, bu barədə G7-nin rəqəmsal və texnologiya departamentləri rəhbərlərinin Yaponiyanın Takasaki şəhərində keçirilən görüşünün yekunları üzrə qəbul edilmiş fəaliyyət planında deyilib.
Sənəddə göstərilən 5 prinsip bunlardır: qanunun aliliyi, qanuni prosedurlara əməl olunması, innovasiya imkanlarından istifadə, demokratiya və insan hüquqlarına hörmət. “Biz demokratik dəyərlərə xələl gətirən, azad sözü boğan və insan haqlarını təhdid edən süni intellektdən sui-istifadəyə qarşıyıq”, – nazirlərin bəyanatında bildirilib.
İclasın gündəliyinə süni intellektdən istifadə ilə bağlı məsələlərin daxil edilməsi qərarı onlara əsaslanan bu cür texnologiya və xidmətlərin, məsələn, “ChatGPT” çat botunun populyarlığının artması ilə bağlıdır. Bununla əlaqədar olaraq, G7 ölkələri qərəz və dezinformasiyanın, müəllif hüquqlarının pozulmasının və süni intellektin digər zərərli istifadələrinin yayılmasının qarşısını almaq yollarını araşdırır.
Amerikanın “OpenAI” şirkətinin “ChatGPT” proqramı 2022-ci ilin sonunda istifadəyə verilib. Xidmət istifadəçi ilə dialoq rejimində qarşılıqlı əlaqə yaradır. “Çatbot” əlavə suallara cavab verə, səhvlərini etiraf edə, yanlışlara etiraz edə və uyğun olmayan sorğuları rədd edə bilər. Xidmətin imkanları ictimaiyyətin diqqətini cəlb edib. Yenilik müxtəlif ölkələrdə tələbələr tərəfindən imtahan vermək və akademik məqalələr hazırlamaq üçün istifadə edildikdən sonra tənqid edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts