Tokio, 6 dekabr , /AJMEDIA/
“Böyük Yeddilik” (G7) ölkələrinin liderləri videobağlantı vasitəsilə məsləhətləşmələr aparacaqlar.
AJMEDIA xəbər verir ki, bunu Ağ Evin açıqladığı Prezident Cozef Baydenin dekabrın 6-na olan iş qrafiki də sübut edir.
Görüş bu gün Bakı vaxtı ilə saat 18:30-da reallaşacaq. Tədbirin gündəliyi və bununla bağlı hər hansı təfərrüat açıqlamayıb. Amerika tərəfi məsləhətləşmələrin bağlı qapılar arxasında keçiriləcəyini təsdiqləyib.
Qeyd edək ki, Yaponiya bu il G7-yə sədrlik edir.