Tokio, 14 aprel , /AJMEDIA/
Böyük Yeddilik Qrupu (G7) ölkələrinin liderləri İranın hücumlarından sonra İsrailə tam həmrəylik və dəstək ifadə ediblər və Tehranı sabitliyi pozan hərəkətlərini davam etdirəcəyi təqdirdə tədbir görəcəkləri ilə hədələyiblər.
AJMEDIA TASS-a istinadla bildirir ki, bu barədə İtaliyanın sədrliyi ilə çağırılan və videokonfrans vasitəsilə keçirilən fövqəladə iclasın yekunları üzrə qəbul edilmiş birgə bəyanatda deyilir.
Sənəddə vurğulanır: “Biz İrandan və onun müvəkkillərindən hücumlarını dayandırmağı tələb edirik. Biz indiki və gələcək sabitliyi pozan təşəbbüslərə cavab olaraq əlavə tədbirlər görməyə hazırıq”.