Tokio, 31 may , /AJMEDIA/
Bu gün “Gənc Aqrosahibkarlar” layihəsinin açılış konfransı keçirilir.
AJMEDIA xəbər verir ki, Birləşmiş Krallığın Xarici İşlər, Birlik və İnkişaf Ofisinin (FCDO) maliyyələşdirdiyi layihə bir neçə tərəfdaşın koalisiyası tərəfindən həyata keçiriləcək. Sözügedən təşkilatlar Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA), “Finance and Social İnnovation Consulting” MMC (FSIC), Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), “ASK Business Counsulting” MMC və “Dəmirağac” Ekoloji İctimai Birliyidir.
Qeyd olunub ki, “Gənc Aqrosahibkarlar” layihəsinin ümumi məqsədi innovativ və ekoloji cəhətdən təmiz kənd təsərrüfatı texnikası, texnologiyaları və müasir kənd təsərrüfatı xidmətlərinin tətbiqində yeni nəsil gənc kənd sahibkarlarına kömək etməklə Azərbaycanda ev təsərrüfatlarının inkişafına və yoxsulluğun azaldılmasına töhfə verməkdir. Layihənin xüsusi məqsədi isə 2025-ci ilə qədər Lənkəran, Astara, Lerik və Masallı rayonlarında fermerlər, xüsusilə də kənd təsərrüfatı ilə məşğul olan gənclər üçün davamlı məşğulluğun və gəlirlərin yaradılmasıdır.