Gələn il UNESCO-da Fikrət Əmirov və Hacı Zeynalabdin Tağıyevin yubileyləri qeyd ediləcək

Tokio, 28 dekabr, /AJMEDIA/

2022-ci ildə UNESCO-da Fikrət Əmirov, Hacı Zeynalabdin Tağıyevin yubileyləri qeyd ediləcək.

AJMEDIA xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə hədəflər və nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Parisdə keçirilən UNESCO-nun 41-ci Baş Konfransı çərçivəsində Azərbaycanın iki tarixi şəxsiyyəti – mesenat H.Z.Tağıyevin anadan olmasının 200 illiyi və bəstəkar Fikrət Əmirovun 100 illiyi UNESCO-nun 2022-2023-cü illər üzrə yubileylər proqramına salınıb və bu yubileylərin UNESCO səviyyəsində beynəlxalq miqyasda qeyd edilməsi təsdiq edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts