Gələn ay Bakıda “PASHA Hackathon” keçiriləcək

Tokio, 17 avqust , /AJMEDIA/

“Hackathon” innovativ məhsullar yaratmaq üçün keçirilən 48 saatlıq texnologiya yarışmasıdır. “PASHA Hackathon” tələbələri biznes və marketinq mütəxəssislərini, dizaynerləri və koderləri mövcud iş prosesindəki problemləri həll etməyə və “Umico Market” tərəfindən həyata keçirilən yeni ideyalar yaratmağa təşviq edir.
AJMEDIA xəbər verir ki, bu il sentyabrın 29-dan oktyabrın 1-dək keçiriləcək “PASHA Hackathon 3.0” üçün müraciətlər qəbul edilir. “Hackathon”un sonunda ilk üç yeri tutan komandaya uyğun olaraq bu mükafatlar veriləcək: 1-ci yer 6000 manat; 2-ci yer 4000 manat; 3-cü yer 2000 manat.
Proqrama son müraciət tarixi sentyabrın 10-dur. Maraqlananlar buradan – https://www.pashahackathon.az/#about qeydiyyatdan keçə bilərlər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts