Tokio, 6 iyul , /AJMEDIA/
Azərbaycanda keçirilən “By Youth For Youth” (“Gənclərdən gənclər üçün”) adlı beynəlxalq forumda Misirin Ayn Şəms Universitetinin Tibb fakültəsində təhsil alan azərbaycanlı gənc, diaspor fəalı Sandi Salem də iştirak edib.
AJMEDIA xəbər verir ki, o, ICESCO-nun liderlik treninqi proqramı çərçivəsində 68 ölkədən seçilən 100 gənc sülh elçisindən biri olub.
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) birgə təşkilatçılığı ilə baş tutan Forum çərçivəsində Sandi Salemə nitq və eşitmə qabiliyyəti məhdud insanlar üçün nəzərdə tutulan “Simon” cihazının ixtirasına görə mükafat təqdim edilib.