Gəncədə dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır

Tokio, 1 yanvar , /AJMEDIA/

TƏBİB-in tabeliyində fəaliyyət göstərən Gəncə Regional Perinatal Mərkəzində dünyaya gələn 2024-cü ilin ilk körpəsi qız uşağıdır.

AJMEDIA xəbər verir ki, 2024-cü il yanvarın 1-də saat 09:50 də doğulan körpənin cinsi qız, boyu 54 sm, çəkisi 3 kq 600 qram olub.

Qeyd edək ki, Göygöl rayonun Mollacəlili kənd sakini 1989-cu il təvəllüdlü Nurlana Alıyeva təbii doğuşla körpəni dünyaya gətirib və bu ailənin üçüncü övladıdır. Doğuş həkim ginekoloq Məftunə Əlizadə tərəfindən uğurla aparılıb, hazırda ananın və yeni doğulan köpənin vəziyyəti stabildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts