Tokio, 11 mart , /AJMEDIA/
Gəncə Dövlət Dram Teatrında Milli Teatr Günü münasibətilə “Cavad xan” tamaşasını təqdim edib.
AJMEDIA xəbər verir ki, yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədlinin yazdığı “Cavad xan” tamaşasında Cavad xan rolunu Əməkdar artist Elxan Yunis, Cavad xanın həyat yoldaşını isə Xalq artisti Pərvanə Qurbanova ifa edib.
Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru isə Elşad Əhmədovdur.
Aktyorların məharətli çıxışı səhnə əsərini daha baxımlı edib, tamaşa maraqla qarşılanıb.