Gədəbəy istiqamətində mövqelərimiz yenidən atəşə tutulub

Tokio, 16 sentyabr , /AJMEDIA/

Sentyabrın 16-sı saat 19:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonunun Cil yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Gədəbəy rayonunun Əyrivəng yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AJMEDIA-ya bildirilib ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts