Füzulidə şəhid Elşad Cəfərovun xatirəsi anılıb

Tokio, 28 noyabr , /AJMEDIA/

Füzulidə şəhid Cəfərov Elşad Malik oğlunun doğum günündə xatirəsi yad edilib. Şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub.

AJMEDIA xəbər verir ki, şəhid Cəfərov Elşad Malik oğlunun xatirəsini yad edənlər arasında ailəsi ilə bərabər, Füzuli Rayon İcra Hakimiyyətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin əməkdaşları, şəhid ailələri, veteran və qazilər, döyüş yoldaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda qeyd olunub ki, torpaqlarımız 44 günlük döyüşlərdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə düşməndən azad edilib. Elşad kimi vətənpərvər oğullar 30 illik Vətən həsrətinə son qoymaq üçün canlarını fəda edərək şəhidlik zirvəsinə ucalıblar, qəhrəmanlıq dastanına çevriliblər.

Elşad Cəfərovun həyatından, Vətənə həsr etdiyi ömür yolundan da danışılıb. Bildirilib ki, Elşad Cəfərov 1999-cu il noyabrın 27-də Sabirabadın Qalağayın kəndində anadan olub. Əslən Füzuli rayonunun Dövlətyarlı kəndindəndir. Hələ uşaqlıq çağlarından torpaqlarımızın azad ediləcəyi ümidi ilə yaşayan Elşad Cəfərov Vətən müharibəsində böyük igidliklə iştirak edib. Füzuli və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə şücaətlə vuruşub. O, “Füzulinin işğaldan azad olunmasına görə”, “Xocavəndin işğaldan azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilib.

2022-ci ilin oktyabr ayında könüllü olaraq komando kurslarına qatılıb və “N” saylı komando hərbi hissəsində kəşfiyyatçı kimi xidmətini davam etdirib. 2023-cü il 19-20 sentyabr tarixində həyata keçirilən uğurlu lokal antiterror tədbirində iştirak edən Elşad bir neçə yüksəkliyin terrorçulardan təmizlənməsində xüsusi ilə fərqlənib və bu döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts