Tokio, 25 iyul , /AJMEDIA/
Füzuli rayonunun Yuxarı Güzlək kəndi Qozluçayın sahilində dağətəyi ərazidə yerləşir. Kəndin keçmiş adı Güzlək olub. XIX əsrdə bu kənddən formalaşmış eyniadlı yaşayış məntəqəsi Aşağı Güzlək, əvvəlki kənd isə Yuxarı Güzlək adlandırılıb. “Güzlək” sözü qədim türk dillərində “payız otlağı” mənasındadır. Bu da yaşayış məntəqəsinin yerləşdiyi coğrafi mövqe ilə əlaqədardır. Kəndin əhalisinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq və heyvandarlıq olub.
Yuxarı Güzlək kəndi 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 2020-ci il oktyabrın 9-da kəndi işğaldan azad edib.
AJMEDIA işğal dövründə erməni vandalizminə məruz qalmış Yuxarı Güzlək kəndinin görüntülərini təqdim edir.