Tokio, 5 noyabr , /AJMEDIA/
Füzuli rayonunda 8 Noyabr – Zəfər Günü münasibətilə silsilə tədbirlər davam etməkdədir. Tədbirlərin davamı olaraq Horadiz şəhərində yerləşən Bayraq meydanında ağacəkmə aksiyası keçirilib.
Rayon icra hakimiyyətindən AJMEDIA-ya verilən məlumata görə, ağacəkmə aksiyasında rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak ediblər. Aksiya zamanı Füzuli rayonundan olan İkinci Qarabağ müharibəsi şəhidlərinin də hər birinin adına ağac əkilib. Yeni əkilən tinglərə aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsində Füzuli rayonundan 78 nəfər şəhid olub, onlardan biri Vətən Müharibəsi Qəhrəmanı, şəhid Zalov Fəqan Amil oğludur.