Futzal üzrə Azərbaycan millisi sayca altıncı dəfə Avropa çempionatının final mərhələsində iştirak edəcək

Tokio, 12 yanvar, /AJMEDIA/

Futzal üzrə Azərbaycan millisi yanvarın 22-də Avropa çempionatının final mərhələsində ilk oyununu keçirəcək. Bu, komandamızın sayca 6-cı final mərhələsi olacaq.

AJMEDIA Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, 2010-cu ildə bu mötəbər turnirin həlledici mərhələsində debüt edən millimiz ən uğurlu nəticəsini də həmin vaxt qazanıb – dördüncü yer.

Yanvarın 19-dan fevralın 6-dək Niderlandda keçiriləcək Avropa çempionatının final mərhələsində Azərbaycan millisi D qrupunda mübarizə aparacaq. Yığmamız yanvarın 22-də Gürcüstan, dörd gün sonra İspaniya, ayın 29-da isə Bosniya və Herseqovina ilə qarşılaşacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts