Futbol üzrə Azərbaycan çempionatının qalibi olan “Qarabağ” klubu mükafatlandırılıb

Tokio, 27 may , /AJMEDIA/

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2023-2024-cü illər mövsümünə yekun vurulub.

AJMEDIA xəbər verir ki, “Azersun Arena”da baş tutan sonuncu – XXXVI turun “Qarabağ” – “Araz-Naxçıvan” oyunundan sonra mövsümün qalibinin mükafatlandırma mərasimi keçirilib.

11-ci dəfə ölkə çempionluğunu təmin etmiş “Qarabağ” komandasına qızıl medallarla yanaşı, çempionluq kuboku təqdim olunub.

Mükafatları futbolçulara AFFA-nın prezidenti Rövşən Nəcəf və digər rəsmi şəxslər veriblər.

Qeyd edək ki, mövsümü ilk pillədə başa vuran “Qarabağ” Çempionlar Liqasına, “Zirə” ikinci sırada qərarlaşaraq Avropa Liqasına vəsiqə qazanıb. “Sabah” üçüncü, “Sumqayıt” isə dördüncü yeri tutaraq Konfrans Liqasında mübarizə aparacaqlar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts