Tokio, 19 noyabr , /AJMEDIA/
Noyabrın 18-də futbol üzrə Türkiyə yığması yoldaşlıq görüşündə səfərdə Almaniya ilə qarşılaşıb.
AJMEDIA xəbər verir ki, Berlində keçirilən matçda Vinçenzo Montellanın yetirmələri rəqiblərini 3:2 hesabı ilə məğlubiyyətə uğradıblar.
Türkiyə millisinin heyətində F.Kadıoğlu, K.Yıldız və Y.Sarı fərqləniblər. Meydan sahiblərinin qollarına isə Havertz və Fulkrug imza atıblar.