Fukuşima sahillərində 6 bal gücündə zəlzələ olub

Tokio, 4 aprel , /AJMEDIA/

Aprelin 4-də Yaponiyanın şərqində böyük ərazini əhatə edən zəlzələ baş verib. Bildirilir ki, 6 bal gücündə yeraltı təkanların episentri Fukuşima prefekturasının sahillərində yerləşib.
AJMEDIA Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla 00:36-da baş verib, onun episentri Fukuşima prefekturasının sahilində, 40 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin gücü Yaponiya seysmik cədvəli üzrə 4-cü səviyyəyə çatıb. Qonşu İvate və Miyaqi prefekturalarında da eyni səviyyədə silkələnmələr qeydə alınıb.
Zədəli vəziyyətdə olan Fukuşima AES-in operatoru olan TEPCO şirkətindən bildirilib ki, AES-d hər hansı problem meydana gəlməyib.
Yaponiyanın “JR East” dəmir yolu şirkəti də elektrik enerjisinin kəsilməsi səbəbindən Tokionu Senday şəhəri ilə birləşdirən Fukuşima-Tohoku sürət qatarının hərəkətini müvəqqəti dayandırıb.
Aprelin 4-də Yaponiyada əmələ gələn yeraltı təkanlar ötən gün Tayvanda on nəfərin ölümü və yüzlərlə insanın yaralanması ilə nəticələnən güclü zəlzələdən sonra baş verib. Yeraltı təkanlar, həmçinin Yaponiyanın cənub-qərbindəki Okinava arxipelaqının adaları üçün sunami xəbərdarlığının verilməsinə səbəb olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts