Tokio, 27 yanvar , /AJMEDIA/
İspaniya La Liqasının XXII turuna start verilib.
AJMEDIA xəbər verir ki, lider “Real Madrid” səfərdə “Las Palmas”la qarşılaşıb.
Görüş “kral klubu”nun 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 53-cü dəqiqədə meydan sahiblərinin heyətində Xavi Munos açıb. Vinisius Junior 65-ci dəqiqədə tablodakı rəqəmləri bərabərləşdirib. Matçda son nöqtəni 84-cü dəqiqədə doğum gününü qeyd edən Orelyen Çuameni qoyub.
Turun digər oyunlarında “Alaves” “Almeriya”nı 3:0 hesabı ilə məğlub edib. “Real Sosyedad” – “Rayo Vallekano” matçında isə qapılara qol vurulmayıb.
Qeyd edək ki, turnir cədvəlinə 54 xalla “Real Madrid” rəhbərlik edir. “Jirona” 52 xalla ikincidir. “Barselona” 44 xalla üçüncü, “Atletiko” ( Madrid ) isə 41 xalla dördüncü pillədə qərarlaşıb.