Fransada atom elektrik stansiyasında çat aşkarlanıb

Tokio, 9 mart , /AJMEDIA/

Fransanın enerji təminatçısı EDF Seine-Maritime bölgəsindəki “Penly 1” Atom Elektrik Stansiyasında reaktorun qəza su borusunda gözləniləndən daha böyük çatlaq müşahidə edildiyini açıqlayıb. Açıqlamada çatın aşkarlanması ilə təhlükəsizlik səbəbindən sözügedən stansiya da daxil olmaqla bir çox nüvə stansiyasındakı reaktorların fəaliyyətinin dayandırıldığı bildirilib. Çatlamanın 2021-ci ildə bir çox reaktorda aşkar edilən korroziya ilə əlaqəli olduğu düşünülür.
AJMEDIA xarici KİV-ə istinadla xəbər verir ki, Fransa Nüvə Təhlükəsizliyi Təşkilatının (ASN) direktoru Julien Collet AES-in fəaliyyətinin dayandırılmasının aylarla davam etməyəcəyini bildirib.
Fevralın 13-də Lion şəhərini elektrik enerjisi ilə təmin edən ölkənin ən qədim atom elektrik stansiyasında radioaktiv sızma aşkar edilib. EDF 2022-ci ilin dekabrında Liondan 30 kilometr uzaqlıqda yerləşən Bugey Atom Elektrik Stansiyasında iki reaktorun tullantı sularında aparılan ölçmələrdə yüksək səviyyədə tritium sızmasının müşahidə edildiyini bildirmişdi.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts