Fransa-Rusiya Ticarət və Sənaye Palatasının nümayəndələri AZPROMO-da olub

Tokio, 1 noyabr , /AJMEDIA/

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) və Fransa-Rusiya Ticarət və Sənaye Palatasının (“CCI France Russie”) nümayəndələri arasında görüş keçirilib.
AZPROMO-dan AJMEDIA-ya bildirilib ki, tədbirdə ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti, İxracın və İnvestisiyaların Təşviqi Agentliyin fəaliyyət istiqamətləri haqqında məlumat verilib, qurum ilə Fransa-Rusiya Ticarət və Sənaye Palatası, eləcə də Azərbaycan şirkətləri və Palataya üzv şirkətlər arasında əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts